Azərbaycan komandasının noyabrın 16-da Fransa yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək:
Matçın baş hakim Andris Treimanis olacaq. Ona yan xətdə Haralds Gudermanis və Aleksey Spasennikovs kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Vitalis Spasyoņņikovs yerinə yetirəcək.
VAR-da Kley Ruperti, AVAR-da Kristaps Ratnieks olacaq.

