Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirib.
Sportinfo.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Albert Qyudmyundsson (20) və Sverrir İnqason (39) vurublar.
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Beş oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. İslandiya və Ukraynanın 7, Azərbaycanın 1 xalı var.
Azərbaycan - İslandiya 0:2
Qollar: Albert Qudyonsen, 19, Sverrir İnqason, 39
Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotskyuk, Abbas Hüseynov, Rüfət Abbasov, Emin Mahmudov (k), Abdulla Xeybulayev, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə
Ehtiyat heyət: Rza Cəfərov, Səlahət Ağayev, Rəhman Daşdəmirov, Səbuhi Abdullazadə, Renat Dadaşov, Bədavi Hüseynov, Coşqun Nuriyev, Rüfət Abdullazadə, Qismət Alıyev, Cəlal Hüseynov, Anatoli Nuriyev
İslandiya: Oulaffson, Ellertssson, Qretarsson, İnqason, Pallson, Qvyudmyundsson, Youhanesson, Haraldsson (k), Qvyudmyundsson, Hlinsson, A.Qudyonsen
Ehtiyat heyət: Valdimarsson, Eynarsson, Q.Tordarson, Totsteynsson, Villümsson, S.Tordarson, Qunnarsson, Baldürsson, Byarkason, D.Qudyonsen, Maqnusen
Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)
VAR: Momçilo Markoviç (Serbiya)
AVAR: Aleksandar Jivkoviç (Sebiya)
"Neftçi Arena"
23:45. Fransa - Ukrayna


