"İndi nə mükafat, nə də başqa bir şey barədə düşünürük"

11:20 Milli komanda 86
"İndi nə mükafat, nə də başqa bir şey barədə düşünürük"

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Ukrayna yığmasının yarımmüdafiəçisi Nikolay Şaparenko son oyunlar barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu məqsədlərinin Fransa və İslandiya ilə matçlarda 6 xal qazanmaq olduğunu deyib.

Kiyev “Dinamo”sunun üzvü millimizlə Bakıdakı (1:1) qarşılaşmanı da xatırlayıb:

“Çox yaxşı döyüş əhval-ruhiyyəsindəyik. Çox vacib iki oyuna çıxacağıq.

Düzdür, Azərbaycanla Bakıdakı matçda qeydə alınan bərabərlik işimizi çətinə saldı. Ancaq ümidimizi itirmirik.

Qarşıdakı hər iki görüşdə qələbə qazanaraq, mundiala vəsiqə qazanmaq istəyirik

. İndi nə mükafat, nə də başqa bir şey barədə düşünürük. Yalnız dünya çempionatına yollanmaq üçün köklənmişik”.

Ukrayna yığması bu gün Fransa, noyabrın 16-da isə İslandiya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti