"Emin Mahmudovun oynayıb-oynamaması sual altındadır"

02:00 Milli komanda 88
"Emin Mahmudovun oynayıb-oynamaması sual altındadır"

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən yığmanın heyətindən çıxarılıb.

Komandanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah İslandiya yığmasına qarşı keçirəcəyi matçda tək itkisi bununla yekunlaşmaya bilər.

Sportinfo.az xəbər verir ki, millinin baş məşqçi Ayxan Abbasov başqa itkilərin olmasını da istisna etməyib:

"İtkilərimiz var. İstəməzdik ki, olsun. Amma milliyə kimlər çağırılıbsa, onlar üçün şansdır.

Elvin Cəfərquliyev xəstələndi, Emin Mahmudovun oynayıb-oynamaması sual altındadır. Kimə şans veriləcəksə, onlar üçün fürsət olacaq".

Mahmudov zədə aldığı üçün ötən bazar günü keçirilən “Qarabağ” - “Neftçi” matçının fasiləsi zamanı əvəzlənib.

Azərbaycan - İslandiya qarşılaşması sabah 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!