Yığmamız seçmə mərhələdə Çexiyadan biabırçı məğlubiyyət aldı

13 Noyabr 00:30 Milli komanda 405
Yığmamız seçmə mərhələdə Çexiyadan biabırçı məğlubiyyət aldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, 13-cü qrupda yer alan komaandamız Maltanın Ta Qali şəhərində Çexiya ilə qarşılaşıb.

“Centenary” stadionunda təşkil olunan görüş Çexiya seçməsinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.

75-ci dəqiqədə Hikmət Cəbrayılzadə qırmızı vərəqə alıb. O, 46-cı dəqiqədə oyuna daxil olmuşdu

Millimiz qrupda növbəti oyununu noyabrın 15-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Çexiya (U-19) - Azərbaycan (U-19) 6:1

Qol: Ondrej Penxa 45, Lui Buffon, 54, Lui Buffon, 64, Şahismayıl Cəfərov, 70, Adam Sosna 88, Daniel Şvankara 83, Lui Buffon 90 +3

Baş hakim: Oliver Reitala (Finlandiya)

“Centenary” stadionu, Ta Qali

Digər Xəbərlər
Xəbər Lenti