Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turunun İslandiya ilə matçından əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
Sportinfo.az 27 yaşlı futbolçunun fikirlərini diqqətinizə çaatdırır:
- Rəqibimizi yaxşı tanıyırıq.Onlar güclü komandadır. Rəqibin heyətində keyfiyyətli və kreativ oyunçular var. Bunu bilirik. Çətin oyun olacaq. Amma biz yaxşı hazırlaşmışıq. İnanıram ki, sabah ən yaxşı performansımızı göstərəcəyik
- Azərbaycan dilində danışırsan. Harada öyrənmisən?
- İki ilə öyrənmişəm. Amma uzun müddətdir danışmırdım. İndi yaxşı şansım var ki, sizinlə danışam.-
Ayxan Abbasovun gəlişindən sonra nə dəyişib?
- Çox şey dəyişməyib
. Ayxan müəllimin gəlişindən sonra görürsüz ki, indi hamıda milli ruh və yaxşı kollektivimizimiz var. Yaxşı nəticələr göstərməyə çalışırıq. Bunu başa düşürük. İnanıram ki, sabah da bunu göstərə bilərik.

