Millimiz AÇ-nın seçmə mərhələsində çexlərlə ilk oyuna çıxır

12 Noyabr 17:20 Milli komanda 479
Millimiz AÇ-nın seçmə mərhələsində çexlərlə ilk oyuna çıxır

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, 13-cü qrupda yer alan yığmamız Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Finlandiya və Maltadan olan hakimlər briqadası idarə edəcək.

Bu qrupda Şimali İrlandiya və Malta komandaları da yarışır.

17:30. Çexiya (U-19) - Azərbaycan (U-19)
Baş hakim:
Oliver Reitala (Finlandiya)

“Centenary” stadionu, Ta Qali.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI