İslandiya yığması artıq Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, klomanda 13 noyabrda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı vacib oyuna çıxacaq.
Baş məşqçinin köməkçisi David Snorri Younsson Bakıda Fotbolti.net-ə verdiyi açıqlamada bildirib ki, bu oyun rəhbərlik və futbolçular tərəfindən pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə əsas qarşılaşma kimi dəyərləndirilir.
Onun sözlərinə görə, komanda digər rəqibləri düşünməzdən əvvəl bütün diqqətini Azərbaycanla oyuna yönəldib.
Younsson deyib ki, Bakıya çatdıqdan sonrakı ilk gün bərpa prosesinə həsr olunub, çünki futbolçular müxtəlif marşrutlarla və fərqli yüklənmə ilə gəliblər.
Komandanın tam şəkildə məşqlərə başlaması adaptasiya dövründən sonra nəzərdə tutulub və bütün hazırlıq prosesi məhz Bakıda keçiriləcək oyuna istiqamətlənib.

