Yenidən parlayan istedad başına gələnlər barədə "Sportinfo"ya danışdı

11 Noyabr 22:20 Milli komanda 251
Yenidən parlayan istedad başına gələnlər barədə "Sportinfo"ya danışdı

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığmasına qarşı keçiriləcək oyun üçün heyəti müəyyənləşib.

Baş məşqçi Rəşad Eyyubovun seçimləri arasında bir ad xüsusi diqqətimi çəkdi. Söhbət Birinci Liqa təmsilçisi "Zaqatala"nın üzvü Okan Təhməzlidən gedir.

20 yaşlı futbolçu “Qəbələ” yetirməsidir. 2 mövsüm öncə 18 yaşında əsas komdan ilə Premyer Liqada debüt də etmişdi. Baş məşqçi Kaxaber Tsxadadzenin xüsusi simpatiya bəslədiyi ad idi. Amma nə baş verdisə, bir anda orta sahə oyunçusunun karyerasında eniş yaşandı.

“Qəbələ”ni öncə İkinci Liqa təsmilçisi “Cəbrayıl”a dəyişdi. Bu mövsümdən isə “Zaqatala”nın şərəfini qoruyur. İstedadlı yarımmüdafiəçi bu gün gənclər millisinə dəvət almaqla yenidən geri qayıtmasının mesajını vermiş oldu.

Okan milliyə dəvət alması və başına gələnlər barədə Sportinfo.az-a açıqlama verib:

“İlk öncə milliyə yenidən dəvət almaq çox xoş hissdir. Bu bayraq altında oynamaq hər bir Azərbaycan futbolçusu üçün böyük qürurdur.

Üzərimdə əməyi və zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm.

Enişlər və yoxuşlar futbolun bir parçasıdır. Bütün enişlərim mənə məxsusdur — onlar mənim təcrübəmdir. “Qəbələ”dən sonra düşünürəm ki, “Cəbrayıl”da keçən mövsümü yaxşı keçirmişdim. Bu mövsümə isə “Zaqatala”da başladım və hər şey qaydasındadır.

Futbolçu daim oynamalıdır ki, həm fiziki, həm də praktiki cəhətdən formada qalsın. Zaqatalada mənə kifayət qədər inanırlar və mənə şans verirlər.

Mənim məqsədim təkcə milliyə çağırılmaq deyil, həm də o bayrağın ağırlığını hiss etmək və daim dəvət almaq üçün çox çalışmaq, mübarizə aparmaqdır”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 17:10 Çək və bizə göndər!
11 Noyabr 12:00 Vinisius satılacaqmı?
11 Noyabr 08:20 Cavidin “yem”i - VİDEO