Emin Mahmudovun durumuna aydınlıq gəldi- SON DƏQİQƏ

14:40 Milli komanda 389
Emin Mahmudovun durumuna aydınlıq gəldi- SON DƏQİQƏ

Azərbaycan millisinin və "Neftçi"nin kapitanı Emin Mahmudovun durumuna aydınlıq gəlib.

Ylğmada həkim müayinəsindən keçən yarımmüdafiəçinin zədəsinin nisbət yüngül olduğu aşkarlanıb.

Amma kapitan qarşıdakı iki günü məşqlərə qatıla bilməyəcək.

Buna rəğmən onun dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa ilə qarşılaşacaq millimizin düşərgəsindən ayrılması planlaşdırılmır.

Təcrübəli oyunçunun İslandiya ilə oyunda meydanda olması çətin görünsə də Fransaya qarşı görüşdə meydana çıxmaq ehtimalı az deyil.

Xatırladaq ki, Emin Premyer Liqanın 11-ci turunun "Qarabağ"a qarşı keçirilən matçında zədələnərək fasilədə əvəzlənmişdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti