Azərbaycan millisində ciddi itki - SON DƏQİQƏ

11:00 Milli komanda 173
Azərbaycan millisində ciddi itki - SON DƏQİQƏ

Almaniyada 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib.

Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern" evdə "Herta”ya (Berlin) 0:1 uduzub.

Emreli meydana 63-cü dəqiqədə, hesab açıldıqdan sonra daxil olub.

Mahirin avqustun sonunda keçirilən üçüncü tur matçından bəri klubda ilk oyunu idi. O, 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib.

Həmyerlimizin meydanı erkən tərk etməsi zədə almasına görə olub.

Əldə etdiyimiz məlumata görə, Emrelinin durumu ciddidir.

Onun bu səbəbdən Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı matçlarına dəvət olunmayacağı da dəqiqləşib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti