Bu yarışda Azərbaycan komandası da mübarizə aparacaq

08:30 Milli komanda 183
Bu yarışda Azərbaycan komandası da mübarizə aparacaq

Noyabrın 18-dən 23-dək Moldovada 15 yaşadək futbolçulardan ibarət milli komandalar arasında UEFA İnkişaf Turniri keçiriləcək.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, adıçəkilən yarışda Azərbaycanın U-15 millisi də mübarizə aparacaq.

Yığmamızla yanaşı, yerli komanda, eləcə də Monteneqro və Bolqarıstan qüvvəsini sınayacaq.

Aqil Nəbiyevin yetirmələri noyabrın 18-də Monteneqro, 20-də Bolqarıstan, 23-də isə Moldova kollektivi ilə qarşılaşacaq. İlk iki oyun Bakı vaxtı ilə saat 12:00-da son matç isə 15:00-da başlayacaq.

Turnirin bütün oyunları Vadul lui Voda şəhərində təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir