İspaniya komandasından çağırıldı - Azərbaycan yığmasına

7 Noyabr 2025 03:20 Milli komanda 591
İspaniya komandasından çağırıldı - Azərbaycan yığmasına

Azərbaycanın U-19 millisi noyabrın 5-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığma ayın 9-dan 19-dək isə Maltada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

13-cü qrupda yer alan U-19 millimiz Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə qarşılaşacaq. Qrupun oyunları Maltada təşkil olunacaq.

Artıq millimizin toplanışına çağırılan futbolçuların adları da açıqlanıb. U-19 yığmamızın heyəti aşağıdakı kimidir:

Həbib Hüşənov, Ziya Şəkərxanov (ikisi də "Qəbələ"), Ayxan Abbaszadə, Məhəmmədəli Məmmədov (ikisi də "Turan Tovuz"), Rəşad Alışov, Cavid Məlikov, Eltun Babazadə, Əliəkbər Rzazadə, Hikmət Cəbrayılzadə, Şahismayıl Cəfərov (hamısı "Qarabağ"), Tuncay Əhmədov ("Marcet", İspaniya), Seydi Danzıyev, Şahin İbrahimov, Anar Hüseynov (hamısı "Sabah"), Vüsal Paşayev, Nadir Orucov, Nihad Orucəli (hamısı "Sumqayıt"), Ömər Həsənli, Rauf Qafarov (ikisi də "Zirə"), Həsən Nəzərli ("Ankaragücü", Türkiyə)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR