“Azərbaycana səfər zamanı təyyarədə mümkün qədər çox yatmağa çalışdım”

08:30 Milli komanda 158
“Azərbaycana səfər zamanı təyyarədə mümkün qədər çox yatmağa çalışdım”

Şotlandiyanın U-21 millisinin futbolçusu Ceremi Çilokoa-Mullen Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə keçirilən oyun barədə danışıb.

Sportinfo.az xəbər verir ki, oktyabrın 14-də “Liv Bona Dea Arena”da baş tutan görüşü xatırlayan 21 yaşlı müdafiəçi qırmızı vərəqə almasına da münasibət bildirib.

46-cı dəqiqədə meydandan qovulan Çilokoa-Mullen həmin epizodda qazaxıstanlı hakimin yanlış qərar verdiyini hesab edir:

“Məncə, Azərbaycanla oyunda hakim bir az sərt qərar verdi. Ümumiyyətlə, səfər matçlarında hakimlər həmişə bir az qəribə olurlar.

Ona görə də diqqətli oynamalısan. Qırmızı vərəqə, bəlkə də mənim az yüklənməyimə səbəb oldu.

Çünki ikinci 45 dəqiqədə, demək olar ki, meydanda olmadım, bir növ dincəldim. Nəzərə alaq ki, Cəbəllütariqlə görüşdən sonra Bakıya yollanmaq, oradan qayıtmaq çox yorucu idi. İstənilən halda oynamaq istəyirdim”.

Mullen uzaq səfərlərin futbolçuların performansına təsir etdiyini vurğulayıb:

“Uzun səyahət oldu, ötən həftənin cümə axşamı məşqə və ertəsi gün klubum “Dunfermlayn”ın heyətində oyuna çıxdım.

Azərbaycan – Türkiyə – Şotlandiya marşrutu zamanı təyyarədə mümkün qədər çox yatmağa çalışdım. Təbii ki, bu, istədiyin formada alınmır. Hələ də hiss edirəm ki, yuxusuzam”.

Azərbaycan – Şotlandiya matçı 3:3 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti