Ötənlərin məşhur oyunçusu: “Azərbaycanla matçda gördüm ki...”

13:40 Milli komanda 171
Ötənlərin məşhur oyunçusu: “Azərbaycanla matçda gördüm ki...”

Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Yevgeni Konoplyanka komandanın DÇ-2026-ya vəsiqə şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı keçmiş oyunçunun fikrincə, yığmaları bu vəzifənin öhdəsindən gələ bilər.

O, komandanın uğursuzluq zolağından çıxacağına inanır:

“Şans həmişə var – hətta hər şey çox pis görünsə belə. Çünki həyat futbola bənzəyir: bu gün qara zolaqdır, sabah isə ağ ola bilər.

Bəli, tənqid var, azarkeşlər hər oyunda qələbə istəyirlər. Amma gəlin etiraf edək ki, hər kəsin işində uğursuz günlər olur.

Millidə də eyni haldır. Məsələn, Azərbaycanla Bakıdakı oyun sadəcə uğursuz bir gün idi.

Fransa ilə matçı saymırıq, onlar favoritdirlər. İndi sabahı düşünmək lazımdır. İnanıram ki, hər şey yaxşılığa doğru gedəcək”.

Konoplyanka həmçinin baş məşqçi Sergey Rebrovun millidəki rolundan da danışıb:

“Azərbaycanla Polşadakı matçda komanda ruhunun yarandığını gördüm. Bəli, oyun asan keçmədi, amma görünürdü ki, uşaqlar mübarizə aparır,

kollektiv var.

Bu, mənə çox xoş təsir bağışladı. Baş məşqçiyə hər zaman təzyiq olacaq.

Ən vacibi təzyiqə düzgün reaksiya verməkdir. Əgər məşqçi komandanı motivasiyalı və soyuqqanlı tuta bilsə, İslandiyanı məğlub edəcəyik”.

Ukrayna yığması qrupda son oyunlarını noyabrın 13-də Fransa, 16-da isə İslandiyaya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti