Yığmamız Ukraynaya uduzdu, C qrupunu bürünc medalla bitirdi

03:00 Milli komanda 91
Yığmamız Ukraynaya uduzdu, C qrupunu bürünc medalla bitirdi

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunu bürünc medalla başa vurub.

Sportinfo.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda qrupdakı son oyununu Ukraynaya qarşı keçirib.

"Bayıl Arena" stadionunda baş tutan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

Milli daha əvvəl Belçikanı 3:0, Niderlandı isə 1:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz heç-heçəyə razılaşıb.

9 xala malik Ukrayna yarışı birinci pillədə başa vurub. Komanda həmçinin Millətlər Liqasının B qrupuna yüksəlib.

İsrail 8 xalla ikinci, Azərbaycan 7 xalla üçüncü sırada yer alıb.

4 xalı olan Niderland dördüncü, xalsız olan Belçika isə beşinci yeri tutub. Sonuncular Millətlər Liqasının D qrupuna yuvarlanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar