
21 yaşadək futbolçulardan ibarət Şotlandiya yığmasının baş məşqçisi Skot Gemmill Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə keçirilən oyunu dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis 3:3 hesabı ilə başa çatan görüşdə çox səhvlərə yol verdiklərini etiraf edib.
Buna baxmayaraq, Gemmill hələ şanslarının davam etdiyini düşünür:
“Oyunun əvvəlindən hiss edirdik ki, hakimlər bizim əleyhimizə səhvlər edirlər. Ümumilikdə isə çılğın mübarizə oldu.
Yəqin ki, sonluğun belə olacağını çox adam proqnozlaşdırmırdı. Çünki azlıqda qalsaq da, son dəqiqələrdə bərabərlik qolunu vurduq.
Məğlubiyyətlə barışmadıq və əsl komanda ruhu nümayiş etdirdik. Sadəcə, performansda çoxlu təcrübəsizlik etdik.
Oyunçularımız bu matçda çox şey öyrəndilər. Şübhəsiz ki, onların unutmayacağı bir görüş idi. Qarşıda hələ çox oyun olacaq. Buna görə də mübarizə aparacağıq”.
B qrupunda 4 turdan sonra Şotlandiya 4 xalla dördüncü, Azərbaycan isə 2 xalla beşinci pillədə qərarlaşıb.