
Ukrayna millisinin sabiq hücumçusu Viktor Leonenko komandanın aparıcı futbolçusu İlya Zabarnının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı oyundakı performansı barədə danışıb.
Sportinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssis PSJ-nin müdafiəçisinin buraxılan qoldakı səhvini xüsusi vurğulayıb.
Onun fikrincə, Zabarnının dəyəri çox şişirdilib: “İlyanın 90 milyon avro dəyərində olub-olmaması barədə düşünməyə başlaya bilərik.
Fikrimcə, Azərbaycan onun əsl dəyərini ortaya çıxardı. Zabarnıya qarşı heç bir qərəzim yoxdur. O, normal müdafiəçidir, normal oğlandır və hamı səhv edir”.
Qeyd edək ki, Krakovda keçirilən Ukrayna – Azərbaycan matçında millimiz 1:2 hesabı ilə məğlub olub.