
“Azarkeşlərin haqqımda təriflər etməsi müsbət təsir göstərir.
Bu futbolçu olaraq bizim işimizdir.
Milli komandanın tərkibindəyiksə, ikiqat diqqətli olmalıyıq”.
Sportinfo.az xəbər verir ki, bunu “qafqazinfo”ya açıqlamasında DÇ-2026-nın seçmə mərhələsində Fransa - Azərbaycan (3:0) matçından sonra sosial şəbəkələrdə gündəm olan yığmamızın müdafiəçisi Bəhlul Mustafazadə bildirib.
B. Mustafazadə oyunla bağlı təəssüratlarını da bölüşüb:
“Düşünürəm ki, ilk hissə daha yaxşı oynadıq. Rəqibin hücumlarının qarşısını alırdıq.
Təəssüflər olsun ki, qol buraxdıq. Dediyim kimi, bəlkə də o qolu buraxmasaydıq, daha fərqli ikinci hissə izləyə bilərdik.
Yenə də apardığımız mübarizə bu rəqibə qarşı yaxşı alındı. Daha yaxşı çıxış edə bilərik”.