“Dağılmadıq, həvəsdən düşmədik” - Elvin Cəfərquliyev

01:50 Milli komanda 74
“Dağılmadıq, həvəsdən düşmədik” - Elvin Cəfərquliyev

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev DÇ-2026-nın Fransa iloə səfər matçı (0:3) haqda sualları cavablandırıb.

- Mübarizəsiz meydandan çıxa bilmərik. Ən azından mübarizə apardıq. Rəqibin gücünü bilirsiz. Çox danışmağa ehtiyac yoxdur. Əlimizdən gələni etdik. Komanda olaraq çox yorğunuq. Qarşıda Ukrayna ilə oyun var. Hər şeyi unudub həmin matça hazırlaşmaq lazımdır.

– İlk hissənin sonunda buraxılan qol olmasaydı, başqa nəticəyə ümid etmək olardı?

– Demək çətindir. Əsas odur qoldan sonra dağılmadıq, həvəsdən düşmədik.

– Çempionlar Liqası oyunu, yoxsa bu matç?

– Çempionlar Liqası da səviyyəlidir. Komanda olaraq baxsaq, bu rəqib daha səviyyəli idi. Belə qrafikdə oynamağa öyrəşmişik.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM