
“İstədiyimiz nəticəni əldə etdik.
Amma xeyr, qane etmədi.
Komandada yorğunluq var idi. Topun hərəkətində vertikallıq az idi. İstədiklərimizi etməyə çalışdıqda çətinlik çəkirdik”.
Sportinfo.az xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanı 3:0 hesabı ilə məğlub etdikləri oyun haqda deyib.
Mütəxəssis nəticənin daha böyük olmamasına görə narazılığını bildirib. O, Kilian Mbappenin ayağındakı probleminə də aydınlıq gətirib:
“Futbolçulara demişəm ki, intensiv oynamaq lazımdır. Bunu yetərincə etmədik.
Rəqibi çətinə sala bilmədik. Çünki yorğunluq hiss edilirdi. Sevincdən göylərə qalxmayacağam.
Daha çox qol vura bilərdik. Mbappe ayaqlarını çox sürətlə hərəkət etdirir. Topa toxunan kimi sürətlənir.
Lider və kapitandır. Vəziyyəti yaxşıdır.
Kapitan olaraq rolu budur ki, komandaya rəhbərlik etsin. Ayağında problem var. Zərbəni də təəssüf ki, eyni yerdən aldı. Ağrısı çox idi”.
Deşam qol imkanlarının boşa verilməsini qeyd edib: “Elementar oyun idi. 7 qol imkanımız var idi, üçünü vurduq”.
Baş məşqçi “1995-ci ildə Azərbaycana qarşı oynamısız, 10:0 qalib gəlmişdiniz. Üç ildən sonra dünya çempionu oldunuz. Sizə elə gəlmir ki, Fransa yenidən üç ildən sonra dünya çempionu olacaq?” sualına isə belə cavab verib:
“İnanmıram ki, 3 ildən sonra dünya çempionatı olsun. İstəyimiz ora seçilməkdir. Azərbaycana qarşı matç uzun illər əvvəl olub.
Səhv etmirəmsə, Oserdə oynayırdıq. O vaxt indiki oyunçularım dünyaya gəlməmişdi. Oyunçulara vaxt vermək lazımdır, gəncdirlər”.