DÇ-2026-da ən çox qurtarış edənlər arasında “Şah” da var!

00:30 Milli komanda 75
DÇ-2026-da ən çox qurtarış edənlər arasında “Şah” da var!

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində inamlı oyunu ilə fərqlənən futbolçular arasındadır.

Sportinfo.az bu barədə UEFA-nın statistik məlumatlarına istinadən xəbər verir.

31 yaşlı qolkiper seçmə mərhələdə D qrupunda geridə qalan 4 matçın hamısında meydana çıxıb və ümumən 19 seyv edib.

Bu, orta hesabla hər oyuna 4,75 qurtarış deməkdir. Şimali Makedoniya komandasının oyunçusu Stole Dimitriyevskİ də 19 dəfə komandasının xilaskarı olub.

Hər iki futbolçu bu göstəricilərlə 82 qapıçı arasında 11-12-ci yeri bölüşdürür.

Siyahıda ilk pilləni isə 34 seyvlə San-Marino millisindən Edoardo Kolombo tutur. İkinci yerdə Benyamin Bühel (Lixtenşteyn, 30 seyv), üçüncü pillədə isə İker Alvares (Andorra, 26 seyv) qərarlaşıb.

Azərbaycan millisi DÇ-2026–nın 4 seçmə maçında 11 qol buraxıb və 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM