Əliyevə sual verdilər - Azərbaycanla oyun nəyə görə bu cür gərgin keçdi?

16 Oktyabr 22:40 Milli komanda 191
Əliyevə sual verdilər - Azərbaycanla oyun nəyə görə bu cür gərgin keçdi?

Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun dördüncü turunda Polşanın Krakov şəhərində “sarı-mavilər”in

Azərbaycan üzərində 2:1 hesablı qələbəsini şərh edib.

Sportinfo.az xəbər verir ki, “sport.ua” portalına danışan Əliyev matç barədə verilən sualları cavablandırıb.

- Sizcə, Azərbaycanla oyun nəyə görə bu cür gərgin keçdi?

- Çünki matçın sonuna yaxın hesabdakı üstünlüyü saxlamaq istəyirdik. Əks-hücumlara da çıxırdılar, amma bundan istifadə edə bilmirdilər. Lakin bu məsələ artıq vacib deyil. Əsas odur ki, üç xalımız var. Biz isə dünya çempionatına vəsiqə üçün iddialılar arasında qalırıq.

- Ümumiyyətlə, Azərbaycanla görüşdə fasiləyə qədər oyunun taleyini həll etməliydik...

- Nə deyə bilərəm? Bəzi məqamlarda bəxtimiz gətirmədi, bəzilərində isə zərbələrimizdə dəqiqliyimiz azal idi.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM