
Sportinfo.az xəbər verir ki, Ukrayna millisinin hücumçusu Artyom Dovbik 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 4-cü turunda Azərbaycan üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.
Ölkəsinin mətbuatına danışan "Roma"nın forvardı deyib ki, qalib gəlsələr də, oyun gözləniləndən xeyli çətin keçib:
"Milli komandalarla oynayanda asan rəqib olmur. Hamı oyuna köklənir, hamı mübarizə aparır.
Biz fasilədən əvvəl qol buraxdıq. Bu, bizi bir qədər silkələdi.
Amma əsas odur ki, hər şey bizim qələbəmiz və üç xalımızla yekunlaşdı".