0:8 və 0:5 bəs eləmədi, Rumıniyaya da böyük hesabla uduzduq

15 Oktyabr 2025 00:40 Milli komanda 743
0:8 və 0:5 bəs eləmədi, Rumıniyaya da böyük hesabla uduzduq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçirilən görüş Rumıniyanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.

İlk görüşdə Frandaya 8 cabasız qolla uduzun U-17 millimiz ikinci matçda İsrailə də böyük hesabla məğlub olub - 1:5.

Azərbaycan (U-17) – Rumıniya (U-17) - 1:5

Baş hakim: Mateo Erceq (Xorvatiya)

“Bourret” stadionu, Kapbreton.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti