9 nəfərlə qalan rəqibi məğlub edə bilmədik, XƏYALımız 90+3-də puç oldu - VİDEO

15 Oktyabr 2025 00:30 Milli komanda 733
9 nəfərlə qalan rəqibi məğlub edə bilmədik, XƏYALımız 90+3-də puç oldu - VİDEO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət komandası ilə üz-üzə gəlib.

"Liv Bona Dea Arena" təşkil olunan matçda 3:3 hesablı heç-heçə qeydə alınıb.

Azərbaycan yığmasının heyətində Xəyal Əliyevlə (7, 49 - pen.) Şahin İbrahimov (79), rəqibdən isə David Uotson, (33) Luk Qrem (44) və Samuel Klil-Hardinq (90+1) fərqləniblər.

Şotlandiya seçməsinin müdafiəçisi Ceremi Çiloka-Mallen 46-cı dəqiqədə birbaşa, Adedire Mebude isə 90+1-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulublar.

Azərbaycan millisi 2 xalla 5-ci, rəqib isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

Azərbaycan (U-21) - Şotlandiya (U-21) 3:3

Qollar: Xəyal Əliyev, 49 (pen), Şahin İbrahimov, 79 - David vatson, 33, Ceyms Vilson, 44, Samuel Hardinq, 90+3

Qırmızı vərəqə: J.Ciolokoa-Mullen,46(Şotlandiya), A.Mebude,90+2(Şotlandiya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti