Uduzduq, o, narazı qaldı: "Rəqibə simpatiya göstərirdi"

01:50 Milli komanda 112
Uduzduq, o, narazı qaldı: "Rəqibə simpatiya göstərirdi"

"Standart vəziyyətlərdə rəqibin üstünlüyü var idi".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov səfərdə Ukraynaya 1:2 hesabı ilə məğlub olduqları DÇ-2026-nın seçmə mərhələ oyunu haqda deyib.

44 yaşlı mütəxəssis rəqibin ilk qolundan sonra komandasının özünə gəldiyini bildirib:

"Üzərində işlədiyimiz hücumlarımız oldu. Nəriman Axundzadədin ilk dəqiqələrdə əla fürsəti var idi.

Zədədən yeni qayıtsa da, yaxşı çıxış etdi. Müdafiə xəttimizə də alqış düşür. Sona qədər ümidli idik.

Baş hakim oyunu tez bitirdi. Məncə, rəqibə simpatiyasını da göstərirdi. Belə oyunlar bizi bərkidəcək".

Azərbaycan millisi növbəti oyununu noyabrın 13-də evdə İslandiya seçməsinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq