"Bu, bizi məyus etdi"

14 Oktyabr 23:20 Milli komanda 290
"Bu, bizi məyus etdi"

Azərbaycanın U-21 millisi Şotlandiya ilə matçda 2 xal itirib.

Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Bakıda Şotlandiya yığması ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, məhsuldar heç-heçə ilə bitən qarşılaşmanı şərh edib:

"Həqiqətən qarşılaşma bizim üçün çətin keçdi. Qələbəyə yaxın olsaq da, təəssüf ki, alınmadı.

Son dəqiqələrdə buraxdığımız qol bizi məyus etdi. Futbolçular meydanda vuruşdular.

Həqiqətən də çətin rəqibə qarşı mübarizə apardıq. Öz oyun planımızı həyata keçirməyə çalışırdıq.

Hansı rəqibə qarşı çıxış etdiyimizi yaxşı dərk edirdik. Rəqib komandanın heyətində top-klublarda çıxış edən futbolçular yer alır. Bu gün yığmamız 2 xal itirdi".

"Liv Bona Dea Arena"da keçirilən Azərbaycan - Şotlandiya oyunu 3:3 hesablı bərabərliklə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq