“Hələ vaxta ehtiyacımız var, inanıram ki, daha da güclənə bilərik”

00:10 Milli komanda 120
“Hələ vaxta ehtiyacımız var, inanıram ki, daha da güclənə bilərik”

“Komandamız oyundan-oyuna özünü daha yaxşı hiss edir”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna yığmasına qarşı oyun barədə danışarkən deyib.

30 yaşlı futbolçu çətin görüş olacağını bildirib:

“Ukrayna önündə uğurlu nəticə qazanmağa çalışacağıq. Təbii ki, çox çətin olacaq.

Bu, səfər oyunudur. Əsas odur ki, komanda tədricən sistemə uyğunlaşır və hər matçda özünü daha yaxşı hiss edir.

Əlbəttə, hələ vaxta ehtiyacımız var. Amma inanıram ki, daha da güclənə bilərik. Bunun üzərində çalışırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM