"Azərbaycanla səfərdə heç-heçə etmək bizim üçün xoş olmadı"

14 Oktyabr 2025 00:00 Milli komanda 478
"Azərbaycanla səfərdə heç-heçə etmək bizim üçün xoş olmadı"

Ukrayna millisinin müdafiəçisi İlya Zabarnı Azərbaycan yığmasına qarşı keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyunu barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, komandanın lideri Bakıda keçirilən ilk görüşü (1:1) xatırlayıb.

O, bu dəfə qələbə üçün əllərindən gələni edəcəklərini bildirib:

“Azərbaycanla səfərdə heç-heçə etmək bizim üçün xoş olmadı. Amma bu, futboldur, bəzən belə hallar olur.

Vəziyyətdən çıxmağı bacarmaq lazımdır. Nə dəyişib? Komandamız eynidir, aradan çox az vaxt keçib.

Bakıda olduğu kimi, indi də çətin oyuna hazırlaşırıq. Qələbə qazanmaq üçün çalışırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti