XƏBƏRDARLIQ! "Məni narahat edən odur ki…"

21:00 Milli komanda 189
XƏBƏRDARLIQ! "Məni narahat edən odur ki…"

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Sportinfo.az-a açıqlama verib.

Təcrübəli mütəxəssis yığmamızın bu gün axşam dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə baş tutacaq matçından gözləntilərini bizimlə bölüşüb:

"İlk öncə onu deyim ki, bizim üçün asan rəqib yoxdur. Çünki zəiflər yer alan səbətdən bu qrupa gəlmişik.

Real baxası olsaq, bizim milli üçün asan oyun yoxdur. Hər bir görüş ağır keçir. Ukrayna yığması son oyunda İslandiyanı səfərdə məğlub edib.

Məşqçilər korpusu da bildirib ki, Azərbaycanla oyunda xal itkisi həmin qələbəni dəyərsiz edəcək. Çox ciddi hazırlaşacaqlar.

Bəlkə də İslandiyaya 0:5 məğlub olduğumuz üçün birinci görüşdə bizə yuxarıdan aşağı baxdılar. Bu dəfə daha ciddi qəbul ediləcəyik.

Ukraynada Fransa kimi fərdi ustalığı yüksək olan futbolçular çox deyil. Sıxlığı yarmaq üçün daha çox cinah ötürmələri və standart vəziyyətlərdən yararlanamağa çalışacaqlar.

Burada diqqətli olmaq lazımdır. Sıx müdafiədə boşluq verməsək dəqiqələr ötdükcə inam daha da arta bilər.

Ukrayna Fransa deyil. Narahat edən məqam odur ki, Fransa ilə oyunda 95 dəqiqə ərzində çox güc itirdik

Topla oynamaq asandır, nəinki topsuz. Fransada ikiqat güc sərf edərək topsuz oynadıq. Oyunçuların çoxunun yaşı az deyil.

Bərpa üçün 1 gün də vaxt olsa yaxşı olardı. Millimizə uğurlar arzu edirəm. İnanıram ki, kollektiv şəkildə layiqli mübarizə göstərəcəklər".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti