
Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Dmitri Xomçenovski 2026-cı il dünya çempionatının seçmə mərhələsinin IV turu çərçivəsində bu gün Azərbaycanla keiçiriləcək oyun barədə gözləntilərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, o, Azərbaycanla oyunun asan olmayacağını bildirib.
Xomçenovskinin sözlərinə görə, Azərbaycan millisi artıq hiss edib ki, xal qazana bilərlər:
"Məhz buna görə də oyun asan olmayacaq. Komanda ruhunu qorumaq, sürəti düzgün istifadə etmək, cərimə meydançasının kənarından zərbələr vurmaq və mübarizələri qazanmaq vacibdir - mənim fikrimcə, bunlar qələbənin açarı olacaq”.