AFFA millinin baş məşqçisindən yalnız bunu tələb edib - Qorxmaq söhbəti olmasın!

15:00 Milli komanda 403
AFFA millinin baş məşqçisindən yalnız bunu tələb edib - Qorxmaq söhbəti olmasın!

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Ukrayna yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Polşan;n Krakov şəhərində, saat 22:45-də start götürəcək.

Yığmamız qrupda ikinci yerə iddia iddia edən nominal ev sahiblərinə asanlıqla təslim olmayacaq. Hər halda A.Abbasov AFFA mənsubları ilə söhbətində belə bir vəd verib.

Çalışdırıcı bildirib ki, Ukraynanın adı onu və futbolçularını qorxutmur, gücləri çatdığı qədər müqavimət göstərəcəklər. Ümumiyyətlə, mütəxəssis döyüşkən komanda yaratmaq niyyətində olduğunu söyləyib.

Federasiya rəhbərliyini narahat edən məsələ millinin Fernandu Santuşun vaxtında ruhsuz təsir bağışlamasıdır.

Onların hazırda Ayxan Abbasovdan yeganə tələbi budur - rəqib kim olur olsun, ona qarşı sonadək mübarizə aparılmalıdır, çəkinmək olmaz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti