"Azərbaycanı məğlub edə bilməsək..."

11:20 Milli komanda 154
"Azərbaycanı məğlub edə bilməsək..."

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis meydana qələbə üçün çıxacaqlarını deyib.

Onun fikrincə, qalib gələ bilməsələr, İslandiya ilə matçdakı nəticə əhəmiyyətini itirəcək:

“İslandiya önündə buraxdığımız səhvləri təhlil etmişik və hazırda Azərbaycanla oyuna hazırlaşırıq.

Azərbaycanı məğlub edə bilməsək, İslandiya üzərində səfər qələbəsi heç bir məna kəsb etməyəcək”.

Bu gün Krakov şəhərində keçiriləcək Ukrayna – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 03:00 "Sabah" dan ASAN UĞUR