AGAH OLUN: "Bunu etsək, Fransada acınacaqlı məğlubiyyət olacaqdı"

12 Oktyabr 23:45 Milli komanda 236
AGAH OLUN: "Bunu etsək, Fransada acınacaqlı məğlubiyyət olacaqdı"

Millimiz sabiq üzvü Əfran İsmayılov Sportinfo.az-a açıqlama verib.

Veteran yarımmüdafiəçi Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Fransaya məğlubiyyətini (0:3) şərh edib:

"Fransaya qarşı necə oynaya bilərdik? Hücumda olmağımız mümkünsüzdür. Ən doğur seçim yaxşı müdafiə qurmaq idi. Bunu da Ayxan müəllim etdi.

Ümumiyyətlə, Ayxan müəllim hər zaman "beşli" müdafiə sistemində oynayır. Bu dəfə daha çox müdafiəçiyə heyətdə yer vermişdi. O da başadüşüləndir.

Qarşısında Fransa kimi milli vardı.

Maksimum mübarizə aparmaq yolunu seçmişdi. Uşaqlar da həmin mübarizəni göstərdi. Hücuma çıxanda çətinlik çəkirdik. Fransanın müdafiə xəttində milyonluq oyunçular yer alır. Anında təzyiq edib topu alırdılar.

Futbolçularımız sona qədər vuruşdu. Hücumda dişsiz olmağımız keyfiyyətdən irəli gəlirdi. Hücum futbolu oynasaq, acınacaqlı məğlubiyyət olacaqdı".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 20:00 Çək və bizə göndər!
12 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
12 Oktyabr 03:00 "Sabah" dan ASAN UĞUR