“Çox yorğunuq, mübarizəsiz meydandan çıxa bilmərik”

02:10 Milli komanda 114
“Çox yorğunuq, mübarizəsiz meydandan çıxa bilmərik”

"Mübarizəsiz meydandan çıxa bilmərik. Ən azından mübarizə apardıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turunda Fransa ilə səfər oyunu (0:3) haqda danışarkən deyib.

24 yaşlı futbolçu rəqibin gücünə baxmayaraq, meydanda mübarizə sərgilədiklərini söyləyib:

"Rəqibin gücünü bilirsiz. Çox danışmağa ehtiyac yoxdur.

Əlimizdən gələni etdik. Komanda olaraq çox yorğunuq.

Qarşıda Ukrayna ilə oyun var. Hər şeyi unudub həmin matça hazırlaşmaq lazımdır.

E.Cəfərquliyev "İlk hissənin sonunda buraxılan qol olmasaydı, başqa nəticəyə ümid etmək olardımı" sualını belə cavablandırıb:

"Demək çətindir. Əsas odur qoldan sonra dağılmadıq, həvəsdən düşmədik".

O, Çempionlar Liqası oyunu və Fransa ilə matçı da müqayisə edib:

"Çempionlar Liqası da səviyyəlidir. Komanda olaraq baxsaq, bugünkü rəqib daha səviyyəli idi".

Futbolçu psixoloji, fiziki yorğunluğun Ukrayna ilə matçda çətinlik yaradacağını düşünmədiyini deyib:

"Düşünmürəm. Belə qrafikdə oynamağa öyrəşmişik".

Digər Xəbərlər
Xəbər Lenti