
Azərbaycan millisinin üzvü Murad Xaçayev dünya çempionatının seçmə mərhələsində Fransaya məğlub olduqları (0:3) mat, haqda Sportinfo.az-a açıqlama verib.
Təcrübəli oyunçu ilk olaraq qarşılaşma barədə danışıb:
"Fransanın gücünü hər kəs bilir. Əlavə nəsə deməyə ehtiyac yoxdur.
Bu cür rəqiblərlə matçlarda sənin edə biləcəyin tək şey xarakter göstərmək, hər an mübarizə aparmaqdır. Təbii ki, bir də şansın ümidinə qalmaqdır".
27 yaşlı müdafiəçi üçün Parisdəki matç həm də millinin formasında ilk rəsmi oyun kimi yadda qaldı. O, təəssüratlarını bu cür bölüşüb:
"Bəli, bu günə qədər cəmi bir oyun keçirmişdim. O da yoldaşlıq görüşü idi.
Millidə çıxış etmək şərəfdir. Rəsmi oyunda və belə stadionda, bu cür komanda ilə oynamaq da xüsusi hislər idi.
Təəssüf ki, nəticə bizim üçün uğurlu olmadı. Amma ümid edirəm ki, növbəti matçlarda xal qazanacağıq".
XANOĞLAN