Ukrayna futboluna bələd sima millimizlə bağlı XOŞ PROQNOZ verdi

17:00 Milli komanda 256
Ukrayna futboluna bələd sima millimizlə bağlı XOŞ PROQNOZ verdi

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində növbəti görüşü Ukrayna yığmasına qarşı olacaq.

Məlum müharibə səbəbindən rəqib yığmamızı Polşanın Krakov şəhərində qonaq edəcək.

Çətin qarşılaşma öncəsi komandanın müdafiəçisi Murad Xaçayev Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq qarşıdan gələn görüşlə bağlı danışıb:

"Çətin oyun olacaq. Məqsədimiz buradan yaxşı nəticə ilə qayıtmaqdır. Fransa məğlubiyyətini unudub bu görüşə köklənmişik".

"Neftçi"nin üzvü Ukrayna futbolunun yetirməsidir.

İdmanın şahının sirlərini "Şaxtyor"da öyrənib. Ukrayna nəhənginin U-19 və ikinci komandasında çıxış edib.

Bir sözlə, adıçəkilən ölkə ona çox tanış ünvandır.

Xaçayev də açıqlamasında məhz bu məqama da toxunub:

"Bəli, Ukrayna mənə tanış ölkədir.

Tez-tez Ukrayna çempionatının oyunlarına baxıram. Çünki bəzi komandalarda hələ də tanıdığım, birgə oynadığımız uşaqlar var.

Milliyə gəlincə, onların keyfiyyətli futbolçuları var, çoxu Avropada çıxış edir.

Ev oyununda demək olar ki, onlardan heç də pis olmadıq və bir xal qazana bildik.

Bu cür oynaya bilsək, evə yaxşı nəticə ilə dönəcəyik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti