Didye Deşam: "Azərbaycan millisini bunun hesabına çətin vəziyyətə saldıq"

01:50 Milli komanda 140
Didye Deşam: "Azərbaycan millisini bunun hesabına çətin vəziyyətə saldıq"

Fransa yığması Azərbaycan millisini sürəti hesabına çətin vəziyyətə salıb.

Sportinfo.az xəbər verir ki, bunu futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyun haqda deyib.

Fransa - Azərbaycan oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib. Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Xalımızı 9-a çatdırmaq bizim üçün vacib idi. Futbolçularımızdan hər oyunda qələbə gözləyirik.

Belə matçlar hər zaman mürəkkəb olur. Rəqib hücumlarımızın qarşısını bloklaya bilirdi.

Azərbaycan millisini sürətimiz hesabına çətin vəziyyətə saldıq. Qarşılaşmanın ilk hissəsində bir qədər ləng görünürdük.

Daha böyük hesabla qalib gələ bilərdik. Sevincdən atılıb-düşmək fikrim yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 18:10 Çək və bizə göndər!
11 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM