Avropada nə işimiz var? - İsrail yığmamıza 5 qol vurdu

12 Oktyabr 2025 00:50 Milli komanda 656
Avropada nə işimiz var? - İsrail yığmamıza 5 qol vurdu

Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komandamız İsrailin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Fransanın Sen-Pol-le-Daks şəhərindəki "Park de Sport" stadionunda keçirilən görüşdə yığmamız rəqibinə 1:5 hesabı ilə məğlub olub.

Komandamızın yeganə qolunu 45+1-ci dəqiqədə Samir Şərifov vurub.

Bu qrupun digər oyununda Rumıniya Fransa ilə üz-üzə gələcək.

Millimiz ilk görüşündə Fransaya 0:8 hesabı ilə uduzub.

İsrail (U-17) - Azərbaycan (U-17) 5:1

Qollar: Bar 39, 47, Qrimberg 83, Didi 90, (p), Zuares 90+4, Şərifov 45+1

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

"Park de Sport" stadionu, Sen-Pol-le-Daks

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti