
AFFA milli komandanın baş məşqçisi vəzifəsindən istefaya göndərilən Fernandu Santuşa təzminat ödəyib.
Sportinfo.az xəbər verir ki, bu haqda jurnalistlərə qurumun baş katibi Cahangir Fərəcullayev məlumat verib.
O, təzminatın məbləğini açıqlamasa da, federasiya tərəfindən müqavilədə yer alan bütün şərtlərə əməl edildiyini söyləyib.
Portuqaliyalı mütəxəssis ötən ay vəzifəsini tərk edib. Onunla imzalanan müqavilə vaxtından əvvəl ləğv edilib.
Santuş 2024-cü ilin iyun ayında Azərbaycan millisinin baş məşqçisi təyin edilmişdi.