.jpg)
“Çox keyfiyyətli komandaya qarşı oynadıq”.
Sportinfo.az xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsində Fransaya 0:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlamasında millinin kapitanı Emin Mahmudov deyib.
“Bilirdik ki, bizə çox çətin olacaq. Çalışdıq ki, müdafiədə sıx oynayaq.
Ən böyük problemimiz o oldu ki, əks-hücuma çıxa bilmədik. Maksimum çalışdıq. Bugünkü oyunda maksimum bu idi”, - o qeyd edib.