
Azərbaycan yığması dünən Fransanın qonağı oldu.
Dünya çempionatının seçmə mərhələsinin üçüncü turuna ev sahibliyi edən Parisdə sürpriz baş vermədi.
«Park de Prens»də 0:3 hesabıyla uduzduq.
"Sportinfo TV"də yayımlanan «Milli həftə»nın növbəti buraxılışı məhz bu qarşılaşmaya həsr olunub. Verilişdə iştirak edən Amit Quluzadə və Elvin Əhəd nəticəylə bağlı müzakirələr aparıb.
Məğlubiyyətdən təsirlənən bəzi izləyicilər Ayxan Abbasovu qorxaq futbol oynatmaqda qınayıb. Fəqət, həm Quluzadə, həm də Əhəd yeni baş məşqçinin müdafiəsinə qalxıb, onun vəziyyəti düzgün qiymətləndirdiyini bildirib.
Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.
“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.
Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.
"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN