“Azərbaycanda hələ belə zəif komanda olmayıb, arada yerlə göy qədər fərq var”

11 Oktyabr 01:00 Milli komanda 2 870
“Azərbaycanda hələ belə zəif komanda olmayıb, arada yerlə göy qədər fərq var”

"Ovaxtkı komanda ilə indiki millini müqayisə etmək mümkün deyil - yerlə göy qədər fərq var.

Hazırkı yığma, bəlkə də Azərbaycan futbolu tarixinin ən zəif millisidir.

Buna görə də milli komandaları bir-biri ilə müqayisə etmək doğru olmaz".

Sportinfo.az xəbər verir ki, bu sözləri apasport.az-a açıqlamasında millinin sabiq futbolçusu Mahir Şükürov deyib.

Keçmiş müdafiəçi yeni baş məşqçi Ayxan Abbasov haqda da danışıb:

"Ayxan Abbasova gəlincə, ondan indi heç nə gözləmək olmaz. Çünki o, yeni gəlib milli komandaya.

Əslində, istər Mourinyo gəlsin, istər Qvardiola - bu heyətlə böyük uğur qazanmaq mümkün deyil".

Digər Xəbərlər
Xəbər Lenti