
Ukrayna millisinin futbolçusu Vitali Mikolenko komandasının DÇ-2026-nın D qrupundakı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, "Everton"un 26 yaşlı müdafiəçisi Ukrayna mediasına müsahibəsində deyib:
"Qrupun favoriti Fransadır. Bu, onsuz da aydındır.
Və var üç komanda. Azərbaycanla biz səfərdə 1:1 oynamışıq və indi qarşıdakı 4 oyunun hər birində qələbə qazanmalıyıq.
İslandiya və Azərbaycanla matçlar ikinci yer uğrunda bizə rəqib olan komandalarla oyunlardır və biz onları mütləq udmalıyıq. Ancaq bu yolla nəticə əldə edə bilərik".
DÇ-2026-nın Ukrayna - Azərbaycan matçı oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək.