Millimiz Bakıda böyük hesabla Belarusa uduzdu

02:20 Milli komanda 141
Millimiz Bakıda böyük hesabla Belarusa uduzdu

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında mayın 9-da təşkil olunan ilk yoxlama görüşündə U-16 millimiz 2:1 hesablı qələbə qazanıb.

Azərbaycan - Belarus 0:3
Qollar:
Vladislav Vyarenik, 28; Kiril Şelest, 43; Matvey Zabavski, 90

Digər Xəbərlər
Xəbər Lenti