Millinin baş məşqçisi 2:1-dən sonra söylədi ki...

10 May 2025 01:20 Milli komanda 508
Millinin baş məşqçisi 2:1-dən sonra söylədi ki...

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Binə stadionunda Belarusun müvafiq yaş qrupuna qarşı keçirilən yoxlama görüşündən (2:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, qələbələrin ardın gələcəyinə inandığını bildirib:

“Bu kollektivlə 2025-ci ildə keçirdiyimiz ilk toplanışdır. Futbolçularımız ayın əvvəlindən liqalarda pley-off oyunlarına çıxmışdılar.

Bu səbəbdən, demək olar ki, tam komanda şəklində məşq edə bilməmişik. Fiziki yorğunluğun olması normaldır.

Təbii ki, belədə arzulanan oyunu sərgiləmək çətin olur. Qalibiyyətə sevinirik. İnanıram ki, bu qələbələrin ardı gələcək.

Nəzərə alaq ki, bu futbolçuların beynəlxalq təcrübələri azdır. Belə oyunlarda çıxış etdikcə daha yaxşı performansı ortaya qoyacaqlar”.

U-16 millimiz Belarus yığması ilə mayın 11-də ikinci yoxlama görüşündə qarşılaşacaq. Eyni məkanda keçiriləcək oyun saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır