Millimizə bu ölkədə qiymət qoydular - Cəmi 7 avro

9 May 02:20 Milli komanda 515
Millimizə bu ölkədə qiymət qoydular - Cəmi 7 avro

İyunun 7-də keçiriləcək Latviya - Azərbaycan beynəlxalq yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, paytaxt Riqada baş tutacaq qarşılaşmanı izləmək istəyən azarkeşlər 7 avrodan 30 avroya qədər xərcə düşəcəklər.

Matç Bakı vaxtilə saat 17:00-da başlanacaq. Baltikalılar "Skonto" klubunun ev matçlarını keçirdiyi stadionda reallaşacaq görüşdən 3 gün sonra DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Albaniya millisini qəbul edəcəklər.

Yığmamız iyunun 10-da Bakıda Macarıstan futbolçuları ilə də yoldaşlıq duelində üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"