
Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsinin hazırlığına başlayıb.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Sergey Rebrov indidən qrupdakı rəqiblərin təhlilini aparır.
50 yaşlı mütəxəssis Fransa, İslandiya və Azərbaycan yığmaları ilə oyunlar üçün heyəti formalaşdırmaq niyyətindədir.
Bu baxımdan iyunda Kanada və Yeni Zelandiya ilə keçiriləcək yoldaşlıq görüşləri həlledici olacaq.
Lakin ukraynalılar Rebrovun daha çox Fransa barədə düşündüyünü yazıblar:
“Çünki aşkar favorit Fransadır və qrupda onu büdrədəcək yeganə komanda da Ukraynadır. Bu səbəbdən əsas hədəf qrup birinciliyidir.
İslandiya əvvəlki illərindən uzaqdır. Azərbaycanla oyunlarda isə xal itirmək haqqımız yoxdur”.
Ukrayna millisi qrupda ilk oyunlarını sentyabrın 5-də evdə Fransa, 9-da isə səfərdə Azərbaycan yığmasına qarşı keçirəcək.