“Əsas heyəti formalaşdırmağa çalışırıq, daha çox yeni oyunçuları yoxlayırıq”

23 Aprel 2025 02:50 Milli komanda 662
“Əsas heyəti formalaşdırmağa çalışırıq, daha çox yeni oyunçuları yoxlayırıq”

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Monteneqro ilə ötən gün keçirilən yoxlama matçını (1:1) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis “report”a açıqlamasında nəticənin önəmli olmadığını söyləyib.

“Monteneqroya qarşı oyun pis alınmadı. Ancaq hesab bizim üçün önəmli deyil.

Çünki yeni taktika üzərində çalışırıq. Daha çox kənarda qalan uşaqlara vaxt ayırmağa çalışırıq ki, onların durumlarını öyrənək.

Onların dünya çempionatında milliyə kömək etməsinin mümkün olub-olmadığına baxırıq. Qarşıda oyunlarımız var, hər futbolçuya şans yaradacağıq”, - deyə E.Quliyev vurğulayıb.

O, Bakıda keçiriləcək dünya çempionatı üçün əsas heyəti formalaşdırmağa çalışdıqlarını bildirib:

“İki turnirdə iştirak edəcəyik. Mayın 2-nə qədər təxminən 8-9 matç keçirəcəyik.

Bu məqsədlə Monteneqrodayıq. Əsas heyəti formalaşdırmağa çalışırıq. Bura 21 futbolçu ilə gəlmişik. Daha çox yeni oyunçuları yoxlayırıq".

Azərbaycan yığması dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!